Çinin bu açıqlaması ABŞ-ı ƏSƏBLƏŞDİRƏCƏK
ABŞ ilə başlayan iqtisadi savaşda Türkiyəni dəstəkləyən ölkələrdən biri də Çindir.
ONN media xəbər verir ki, Çin hökuməti böhranla bağlı yeni açıqlama verib. Açıqlamaya əsasən, Türkiyə müvəqqəti iqtisadi çətinliklərin öhdəsindən çox qısa müddətə gələcək.
Açıqlamanı Çinin xarici işlər nazirliyi verib. Açıqlamada deyilir:
“Türkiyə müvəqqəti iqtisadi çətinliklərin öhdəsindən gələcək. Çin, Türkiyənin müvəqqəti iqtisadi çətinliklərin öhdəsindən gələ biləcək imkanlarının olduğuna inanır. Çinli və türk şirkətlərindən bazar iqtisadiyyatına uyğun olaraq əməkdaşlıq layihələrinə imza atmalarını dəstəkləyirik”.
