"Total" İranı tərk edib

"Total" İranı tərk edib


Fransanın "Total" neft şirkəti İranı tərk edib.

ONN media xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir qeyd edib ki, "Total" rəsmi olaraq "Cənub Pars-11" yatağının işlənməsi üzrə müqavilədən çıxıb. Şirkətin müqavilədən çıxdığını elan etməsindən iki aydan çox vaxt keçib".

Onun sözlərinə görə, İran hazırda "Total"ın əvəzinə yeni şirkət axtarır.

Geri qayıt