Daha bir ölkə Suriya müxalifətinə verdiyi pulu kəsdi

Daha bir ölkə Suriya müxalifətinə verdiyi pulu kəsdi


İngiltərə hökuməti bu gecə Suriyada Əsədə qarşı döyüşən müxalif qüvvələrə etdiyi maliyyə yardımını kəsdiyini bəyan edib.

ONN media xəbər verir ki, İngiltərə hökumətinin mətbuat katibinin "Reuters"ə göndərdiyi məktubda deyilir:

"Bəzi bölgələrdəki vəziyyət getdikcə pisləşdiyinə görə, humanitar yardımlar xaric proqramlara verdiyimiz dəstəyi azaltdıq, ancaq ölkənin təhlükəsizlik və stabilliyinin inkişaf etdirmək üçün ən çox ehtiyacı olanlara həyati əhəmiyyətli yardım verməyə davam edəcəyik". 

İngiltərə XİN Suriyanın şimal-qərbinə göstərilən "yardım proqramları"nı davam etdirməyin mümkünsüzlüyü bildirib.

Xatırladaq ki, İngiltərə bu bəyanatı ABŞ-ın Suriyaya 230 milyon dollarlıq maliyyə yardımını kəsmə bəyanatından sonra verib. 

Geri qayıt