Daşqınlar 8 can aldı
İtaliyanın cənubunda Pollino milli parkında daşqın nəticəsində 8 nəfər həyatını itirib.
ONN media xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Bundan əlavə, bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər, xilasedici vertolyot dağlarda köməksiz vəziyyətdə qalmış turistlərə köməyə gediblər.
