Moskva S-400-ləri Türkiyəyə bu tarixdə göndərəcək

Moskva S-400-ləri Türkiyəyə bu tarixdə göndərəcək


Rusiya növbəti ildən etibarən Türkiyəyə S-400 komplekslərinin göndərilməsinə başlayacaq.

ONN media xəbər verir ki, bu fikirləri “Rosoboronexport”un rəhbəri Aleksandr Mixeyev bildirib.

“Müqavilənin icrası razılaşdırılmış vaxtda həyata keçiriləcək. 2019-cu ildə müqavilənin icrasına başlanılacaq”, - o deyib. 

Rusiya və Türkiyə S-400-lərlə bağlı 2017-ci ilin payızında razılıq əldə edib. 

ABŞ Rusiyadan S-400 almaq istəyən Türkiyəni sanksiya ilə hədələyib. Ankara isə Vaşinqtonu şantajda ittiham edib.

Geri qayıt