Türkiyədə TERROR ƏMƏLİYYATI: daha 2 terrorçu öldürüldü

Terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı daha 2 terrorçu zərərsizləşdirilib.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gümüşhane adlandırlılan ərazinin Yeşilköy yaxınlığında təhlükəsizlik qüvvələri ilə terorçular arasında qarşıdurma baş verib. İlkin məlumatlara görə, qarşıdurma zamanı 2 terrorçu öldürülüb. Terror qruplaşmalarına qarşı sözügedən ərazilərdə havadan və qurudan zərbələr davam etdirilir.
Yeşilköy bölgəsində fəaliyyətlərini davam etdirən təhlükəsizlik qüvvələri bir qrup terrorçu ilə təmasda itki verməyib. Zərərsizləşdirilən terrorçuların kimliyi haqqında araşdırma gedir.