Pekin ABŞ-dan şikayət edəcək

Pekin Çin mallarına yeni rüsumların tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.
“Amerika tərəfi avqustun 23-də16 milyard dollarlıq Çin mallarına əlavə 25 faizlik rüsumu tətbiq etdi. Bu, Ümumdünya Ticarət Təşkilatının prinsiplərinin aşkar pozulmasıdır”, - mətndə deyilir.