Ermənistanda böhran: Hərbçilərin və dövlət məmurlarının maaşları kəsildi
Ermənistan hökumət orqanları dövlət qurumlarının maliyyələşdirilməsi problemini heyəti azaltmaqla deyil, dövlət qulluqçularının maaşlarını azaltmaqla həll etməyə qərar verib.
ONN media xəbər verir ki, bu barədə "İravunk" qəzeti yazıb.
Nəşrin məlumatına görə, əmək haqlarının azaldılmasının nisbəti 40 faizə qədər çata bilər. Azalma Ermənistan ordusundan da yan keçməyib. Belə ki, maaşları azalanlar sırasında digər dövlət qulluqçuları kimi erməni zabitlər də var.
