Rusiyada KRİTİK GÖRÜŞ: Çavuşoğlu Putinlə görüşəcək

Rusiyada KRİTİK GÖRÜŞ: Çavuşoğlu Putinlə görüşəcək


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

ONN media xəbər verir ki, Çavuşoğlu görüş sonrası verdiyi açıqlamada Rusiya ilə əməkdaşlığın artırması istiqamətində yeni yolların axtarılacağını deyib.

Sergey Lavrov da öz növbəsində Rusiya və Türkiyənin hər zaman müzakirə ediləcək məsələlərinin olduğunu dilə gətirib: "İki ölkə arasında gündəmə gətiriləcək və müzakirə ediləcək bir çox məqamlar var. Bu gün ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahəsindəki əlaqələr, humanitar əməkdaşlıq, hərbi-texniki əməkdaşlığı son dərəcə gərgin və fəal şəkildə inkişaf edir".

Çavuşoğlunun bu gün Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyinə dair məlumat verilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda görüşəcəklərinə dair informasiya verilib.

Geri qayıt