FES-dən Trampı əsəbləşdirən açıqlama
Federal Ehtiyatlar Sistemi (FES) pilləli şəkildə faiz artımlarını davam etdirəcək.
ONN media xəbər verir ki, bu sözləri FES-in rəhbəri Cerom Pauel deyib.
“FES-in faiz artımında sürətli davranması iqtisadiyyatın böyüməsini əngəlləyə bilər. Lakin yüngül artımlar iqtisadiyyata təsirsiz ötüşür. Bu iki riski ciddi şəkildə nəzərə alırıq”, - deyə Pauel bildirib.
Qeyd edək ki, Prezident Donald Tramp C.Pauelin faiz artımına qarşı çıxır.
