Rusiya tam yeni silah növü hazırlayır

Rusiya tam yeni silah növü hazırlayır


Rusiyanın hava hücumundan müdafiə sistemi tam yeni silahla təchiz olunacaq.

ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, sözügedən silah yeni fizika prinsipləri əsasında yaradılacaq. 

Rusiyalı general Aleksandr Leonov bildirib ki, hazırda mütəxəssislər tərəfindən bir sıra layihələr hazırlanır: 

“Vaxt gələcək və bunların hamısı nümayiş olunacaq”.

General həmçinin qeyd edib ki, ötən əsrin 90-cı illərinin sonunda Rusiyanın hava hücumundan müdafiə sistemi keyfiyyətinə görə Qərb ölkələrinin analoqlarını 10 il qabaqlayırdı. 

Geri qayıt