İstanbulda YANĞIN
İstanbulda yerləşən fabriklərin birində böyük yanğın baş verib.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 min kvadratmetr sahəyə yayılan bir mebel fabrikində yanğın çıxıb. Çoxsayda yanğınsöndürənlər cəlb olunub.
Bayram tətili səbəbindən fabrikin qapalı olması nəticəsində yanğında ölən və ya yaralanan olmayıb.
