ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs olundu

ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs olundu


ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.

ONN media xəbər verir ki, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb.

Geri qayıt