Əyləncə mərkəzində atışma - Ölən və yaralanan var

ABŞ-ın Florida ştatında atışma olub.
ONN media xəbər verir ki, atışma "Jacksonville Landing" əyləncə mərkəzində baş verib. Qeyd olunur ki, hadisə nəticəsində, ən azı 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Yerli polis əhalini həmin ərazidən uzaq durmağa çağırıb.
Sosial şəbəkə istifadəçiləri yazaraq bildiriblər ki, mərkəzdə "Madden NFL" videooyunu üzrə turnir keçirilirdi.