Buğra Gülsoy özünə yeni sənət seçdi - FOTO

Məşhur türk aktyoru və rejissoru Buğra Gülsoy yazıçı olmaq qərarına gəlib.
ONN media xəbər verir ki, Gülsoy ilk roman kitabı üçün bir şirkətlə müqavilə də imzalayıb.
Buğranın qələmə alacağı roman həyatda baş verən hadisənin motivləri əsasında olacaq. Hadisələr 1900-cü illərdə baş verib və sevgi və müharibədən bəhs edir.
Buğra yeni kitabı haqqında deyib: “Adını gizli saxlayıram. Amma hadisələr 1900-cü illərdə baş verib. Sevginin yerini qəzəbin aldığı, ümidlərin tükəndiyi bir dövrdə Osmanlı imperiyasından Fransa, İspaniya, İngiltərə və Almaniyaya uzanan qaçaq bir yol yolçusunun əsl hekayəsidir”.
Kitab 2019-cu ildə satışa çıxacaq.