15 yüksək rütbəli zabit işdən çıxarıldı
Rusiyada 15 yüksək rütbəli zabit vəzifəsindən azad olunub.
ONN media RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Cəzaların İcrası Federal Xidmətində çalışan 15 general işdən çıxarılıb.
