Ermənistanın sabiq baş nazirinə qarşı cinayət işi qaldırıldı

Ermənistanın İstintaq Komitəsi sabiq baş nazir Ovik Abramyana qarşı cinayət işi qaldırıb.
ONN media “İnterfaks”a istinadən xəbər verir ki, eyni zamanda O. Abramyanın qardaşı Conik Abramyan və Ermənistan polisinin rəisi Alik Sarkisyana qarşı cinayət işi açılıb.
Sözügedən şəxslər xidməti vəzifələrindən su-istifadə və fırıldaqçılıqda ittiham olunur.