Ərdoğan İran XİN rəhbərini qəbul edib

Ərdoğan İran XİN rəhbərini qəbul edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. 

ONN media xarici mətbuata istinadən xəbər verir ki, görüş AKP-nin Mərkəzi binasında baş tutub.

Görüşlə bağlı jurnalistlərin suallarını cavablayan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, söhbətin məzmunu əsasən Suriya böhranı ilə bağlı olub: "Bizdə hər zaman yaxşı xəbərlər olur. Görüşlərdən çıxan nəticə barədə məlumatlar verəcəyik. İkitərəfli əlaqələr gündəmdədir".

Geri qayıt