Səudiyyə Ərəbistanında bir İLK

ONN media xəbər verir ki, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq, qadınlara təyyarə idarə etməyə icazə verilib.
Qərar 5 qadına şamil edilib.
Ölkənin Mülki Aviasiya Baş İdarəsinin lisenziyası 5 qadına krallığın özəl aviaşirkətlərində işləməyə, o cümlədən sərnişin təyyarələrində pilotluq etməyə icazə verir.
Bundan əvvəl Səudiyyə Ərəbistanında qadınlara avtomobil idarə etməyə icazə verilmişdi.