Hərbi helikopter qəzaya düşdü - Ölənlər var

Hərbi helikopter qəzaya düşdü - Ölənlər var


Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər həlak olub.

ONN media xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.

Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Geri qayıt