Hərbi zavodda GÜCLÜ PARTLAYIŞ

Hərbi zavodda GÜCLÜ PARTLAYIŞ


Rusiyanın Nijeqorod vilayətində Sverdlov adına hərbi zavodun sexlərindən birində texnoloji proses zamanı partlayış baş verib.

ONN media TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfərin taleyi naməlumdur.

“Dəqiqləşdirilmiş informasiyaya görə, partlayış nəticəsində üç insan həlak olub. Bundan başqa, üç insanın taleyi aydınlaşdırılır”, - mənbə deyib.

Regionun tibbi xidmətlərindən bildiriblər ki, fövqəladə hadisə zamanı 4 nəfər yaralanıb.

Regionun hüquq-mühafizə orqanlarındakı mənbə daha əvvəl bildirib ki, sexlərdən birində ammonal maddəsinin partlayışı baş verib.

“İlkin səbəb texnoloji prosesin pozulmasıdır. Partlayışdan sonra yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyir”, - mənbə əlavə edib.

Hazırda zavodun binası mühasirəyə alınıb.

Geri qayıt