Marqvelaşvili açıqladı: Mən bu seçkilərdə...

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib.
ONN media xəbər verir ki, G.Marqvelaşvili avqustun 31-də bu haqda qərarını açıqlayaraq deyib:
“Mən bu seçkilərdə iştirak etməyəcəm. Lakin gələcəkdə də ölkəmə xidmət edəcəyəm”.
Xatırladaq ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan Prezidenti seçilib.