Mİ -8 helikopteri yoxa çıxdı
Rusiyanın İrkutsk vilayətində geoloji kəşfiyyat aparan Mi-8 helikopteri ilə əlaqə kəsilib.
ONN media rus mediasına istinadla xəbər verir ki, göyərtədə üç nəfər olub.
Məlumat regionun fövqəladə xidmət nümayəndəsi tərəfindən yayılıb.
“Mi-8 Ust-Kutdan geoloji kəşfiyyat aparmaq üçün havaya qalxıb. Müəyyən olunmuş vaxtda ekipajla əlaqə yaratmaq mümkün olmayıb”, - agentliyin həmsöhbəti deyib.
