Deputatlığa namizəd niyə öldürüldü?
Əfqanıstanda deputatlığa namizəd qətlə yetirilib.
ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, Ənvər Niyazi Kabildə terror qurbanı olub. Belə ki, onun olduğu avtomobil maqnit bombası vasitəsilə partladılıb. Bildirilir ki, Ə.Niyazini müşayət edən 3 nəfər xəsarət alıb. Ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarının heç biri hadisəni üzərinə götürməyib.
Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-nə planlaşdırılıb.
