Terrorçular 3 məktəbə hücum etdi

Terrorçular 3 məktəbə hücum etdi


Əfqanıstanın şərqindəki Paktika bölgəsində terrorçular 3 məktəbə hücum edib.

ONN media xəbər verir ki, bu barədə “Sinxua” informasiya yayıb.

Məlumata görə, terrorçular iki məktəbin ərazisinə əl qumbaraları ilə hücum ediblər. Digər bir məktəbin ərazisinə isə raket mərmisi düşüb. Hücumlar zamanı məktəblərin ərazisində şagird olmayıb.

Hücumla bağlı hələlik heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

Geri qayıt