Köçəryana Ermənistanı tərk etmək qadağan edildi

Köçəryana Ermənistanı tərk etmək qadağan edildi


Ermənistanın sabiq prezidenti Robert Köçəryana ölkəni tərk etmək qadağan edilib.

ONN media xarici mətbuataistinadən xəbər verir ki, müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub. 

Qurumun müstəntiqi Köçəryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Köçəryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etdiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır. 

Geri qayıt