Bu mövzuda zarafat edənlər həbs olunacaq
Səudiyyə Ərəbistanında dini mövzuda zarafat edənlər həbs ediləcək.
ONN media xəbər verir ki, bu haqda krallığın prokurorluğu tvitterdə informasiya yayıb.
Qeyd edilir ki, sosial şəbəkələrdə ictimai qaydalara, dini dəyərlərə və əxlaq normalarına lağ etməyə və ya onu sarsıtmağa yönələn paylaşımlar etmək kibercinayət hesab ediləcək.
Cinayəti sübuta yetirilənləri 5 il həbs, həmçinin 3 milyon rial (təxminən 1,4 milyon AZN) cərimə gözləyir.
