Viza sistemi dəyişdi - Artıq icazəsiz səyahət mümkün olmayacaq

Viza sistemi dəyişdi - Artıq icazəsiz səyahət mümkün olmayacaq


Avropa İttifaqı Şurası 26 ölkədən ibarət Şengen bölgəsi haqqındakı yeni qanun layihəsini təsdiqləyib.

ONN media ölke.az -a istinadən xəbər verir ki, yeni qanuna əsasən, girişlərində viza tətbiq edilməyən ölkə vətəndaşlarına səyahət icazəsi sənədi məcburiyyəti tətbiq ediləcək. Səfərə çıxan bütün turistlər 7 avro ödəyərək internetdə qeydiyyatdan keçmək məcburiyyətində qalacaqlar.

Səfərə çıxanlar şəxsiyyət vəsiqəsi, səyahət sənədi, qeydiyyatda olduqları ünvan, əlaqə nömrələri, cinayət işləyib-işləmədikləri, hansı ölkələrdə olduqları, Aİ ölkələrindən deportasiya edilib-edilmədikləri barədə müxtəlif sualları cavablandıracaqlar.

Bu məlumatlar bazadakı məlumatlarla müqayisə edilib səfərə çıxan insanın təhlükəsizlik riski yaradıb-yaratmadığı müəyyənləşəcək.

Qanun 2021-ci ildən qüvvəyə minəcək.

Geri qayıt