Meşədə yanğın baş verib

Meşədə yanğın baş verib


ABŞ-ın Kaliforniya ştatında meşə yanğını baş verib.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, reddinq şəhərindən şimalda başlayan yanğın 2 min hektar ərazini əhatə edir.

Yanğını söndürülməsi üçün 600-dən artıq yanğınsöndürən bölgəyə göndərilib. Hadisə ilə əlaqədar avtomobil magistralının bir hissəsi bağlanıb.

Bir neçə yaşayış məntəqəsində təxliyə işləri aparılıb, məktəblərdə dərslər dayandırılıb.

İlkin ehtimallara görə, yanğına insan fəaliyyəti səbəb olub.

Geri qayıt