İnsanlar kütləvi şəkildə telefonlarından “Facebook”u silir

İnsanlar kütləvi şəkildə telefonlarından “Facebook”u silir


Amerikalı istifadəçilərin dörddə biri smartfonlarından “Facebook” mobil tətbiqini silib. 

ONN media  xəbər verir ki, bununla bağlı yeni araşdırmalarda məlumat verilib. 

Sorğu “Pew” araşdırmalar mərkəzi tərəfindən may və iyun aylarında 4500 nəfər arasında keçirilib. 

Məlum olub ki, onlardan 26 faizi smartfonlarından tətbiqi siliblər, 42 faizi isə xəbərlərə baxmaq və statusunu yeniləmək üçün “Facebook”a girməyi dayandırıblar, 54 faiz istifadəçi isə profillərinin məxfiliklərini artırıblar. 

“Pew” bildirib ki, amerikalılar “Cambridge Analytica” ilə bağlı qalmaqaldan sonra sosial şəbəkələrdən şübhələnməyə başlayıblar.

Geri qayıt