Türkiyədə un ixracına qadağa qoyuldu

Türkiyədə un ixracına qadağa qoyuldu


Türkiyədə unun istehlak qiymətlərini qoruyub-saxlamaq məqsədilə bu məhsulun ixracı məhdudlaşdırılıb. 

ONN media xəbər verir ki, Türkiyədə 50 kiloqramı 75 lirə olan unun qiyməti son günlər 95-100 lirəyə yüksəlmişdi. 

Türkiyə Ticarət Nazirliyinin açıqlamasına görə, ixracına qadağa qoyluna un növü ümumi un  ixracının 1 faizini təşkil edir. Bildirilir ki, məhdudlaşdırma müvəqqətidir. Qiymətlər tənzimləndikdən sonra məhdudlaşdırılma aradan qaldırılacaq. 

Geri qayıt