İstanbulda DƏHŞƏT- İş adamı öldü

İstanbulun Bostancı sularında helikopter qəzası baş verib.
ONN media-nın Türkiyə mediasına istinadən məlumatına görə, qəzada iş adamı Xəlil İbrahim Ünver dünyasını dəyişib, pilot İsmət Özgür isə yaralanıb. Pilot balıqçıların köməyi ilə dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Xəlil Ünver "Altay" tankı, "Cobra" zirehliləri kimi mühüm müdafiə sənayesi layihələrini idarə edirdi.
Helikopterin düşməsinə ilkin ehtimal kimi ildırım vurma irəli sürülür.
Faktla bağlı araşdırmalara başlanılıb.