Belarus və Türkiyə milli valyutalarda ticarətə keçir?

Belarus və Türkiyə milli valyutalarda ticarətə keçmək niyyətindədir.
ONN media xəbər verir ki, bunu Belarusun Türkiyədəki səfiri Andrey Savinıx deyib.
Səfir bildirib ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları keçə bilər:
“Artıq ticarətdə Türkiyə lirəsi və Belarus rublu ilə hesablaşmaq vaxtı çatıb”.
Diplomatın sözlərinə görə, milli valyuta ilə hesablaşmalar ticarət dövriyyəsinin daha da artmasına xidmət edəcək.