Dağıdıcı qasırğa yaxınlaşır - XƏBƏRDARLIQ

Dağıdıcı qasırğa yaxınlaşır - XƏBƏRDARLIQ


ABŞ Milli Qasırğa Mərkəzi növbəti həftə “Florens” tropik qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşacağı ilə bağlı xəbərdarlıq yayımlayıb.  

ONN media xarici mediaya istinadən xəbər verir ki, ekspertlər qasırğanın hazırda sahildən 2 min 414 km uzaqlıqda, Atlantik okeanında olduğunu bildirir.

I kateqoriyaya aid edilən qasırğa təhlükəsi səbəbindən Virciniya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.

Qasırğanın Corciya ştatına da çatacağı istisna edilməyib.

Geri qayıt