ABŞ-da fövqəladə vəziyyət elan edildi - Həmin günə 3 gün qaldı

"Florens" qasırğası ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləyir.
ONN media bildirir ki, qasırğa barədə xəbərdarlığı ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi verib.
Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.
Qasırğa xəbərdarlığı ilə əlaqədar ABŞ-ın 3 ştatında Virciniya, Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.
Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.