Səudiyyə Ərəbistanının xanım şahzadəsini qarət etdilər

Səudiyyə Ərəbistanının xanım şahzadəsini Parisdə Ritz hotelində qarət ediblər.
ONN media Fransa mediasına istinadən xəbər verir ki, şahzadənin 800 min avroluq zinət əşyaları oğurlanıb.
Hadisə sentyabrın 7-də baş verib. Qeyd edilir ki, şahzadə zinət əşyalarını seyfdə gizlətməyib, onları nömrədə açıq şəkildə qoyub.
Şahzadə faktla bağlı polisə müraciət edib.