Şimali Koreya lideri Trampa məktub göndərdi - Növbəti görüş olacaq?

ABŞ prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Çen Inın növbəti dəfə görüşü baş tuta bilər.
ONN media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
Onun sözlərinə görə, Ş.Koreya lideri Trampa məktub göndərərək yeni görüş təklifi edib. Sanders əlavə edib ki, ABŞ yeni görüşün keçirilməsinə müsbət baxır.
Hazırda iki tərəf arasında bununla bağlı danışıqlar aparılır.
Qeyd edək ki, iki lider ilk dəfə bu ilin 12 iyununda Sinqapurda görüşüb.