Nazarbayev Türkiyəyə səfər edəcək?

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidentinin Aparatı yayıb.
İnformasiyada qeyd olunur ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.
Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.
Prezident Aparatının məlumatında qeyd edilir: "İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək".