Məşhur müğənni dünyasını dəyişdi

Rai musiqisinin məşhur ifaçısı Əlcəzair əsilli müğənni Raçid Taha dünyasını dəyişib.
ONN media "Le Parsien" qəzetinə istinadla bildirir ki, 59 yaşlı müğənni dünən axşam Parisdəki evində yatdığı yerdə infarkt keçirərək həyatını itirib.
Qeyd edək ki, Taha 1990-cı illərdə "Ya Rayah", "Abdel Kader" və "Ida" mahnıları ilə geniş kütlələr tərəfindən tanınmışdı.