Restorana bombalı hücum - Ölənlər var

Restorana bombalı hücum - Ölənlər var


İraqın Səlahəddin şəhərində restoranlardan birinə hücum edilib.

ONN media xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil restoranın qarşısında partladılıb.

Terror aktı nəticəsində 5 nəfər ölüb, 32 nəfər isə yaralanıb.

Qeyd edək ki, son aylarda Kərkük-Səlahəddin-Diyala şəhərləri arasında yerləşən bölgədə ardıcıl teraktlar törədilir.

Geri qayıt