İstanbulda bomba həyəcanı

İstanbulda bomba həyəcanı yaşanıb.
ONN media Türkiyə mətbuatına istinadən bildirir ki, Ataşehir adlanan ərazidə küçədə torbanın içərisinə qoyulmuş 2 ədəd əl bombası tapılıb. Hadisə yerli vaxtla 21:00-da baş verib. Küçələrdən birində yerləşən binaya gələn ustalar torbanın içərisində əl bombasına oxşayan dəmir parçası görüblər. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hadisə yerinə gələn bomba zərərsizləşdirənlər araşdırma apardıqdan sonra torbada dəmir parçası olduğunu aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.