Türkiyə Qəndili bombaladı
Türkiyə ordusu İraqın şimalında PKK-nın əsas yuvası olan Qəndili bombalayıb.
ONN media bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Türkiyə döyüş təyyarələri dünən Qəndil bölgəsində hava əməliyyatına başlayıb.
Əməliyyat nəticəsində terrorçuların düşərgələri, sığınacaqları, silah bazaları məhv edilib.
