Artıq polislərə saqqal saxlamaq qadağan edildi

Artıq polislərə saqqal saxlamaq qadağan edildi


Misir məhkəməsi polis əməkdaşlarına saqqal saxlamağı qadağan edib.

ONN media xəbər verir ki, 6 ildir ki müzakirə mövzusu olan, mübahisələrə yol açan müvafiq qərar hökumətin tələbinə əsasən polisin dünyəvi institut kimi qalması ilə əlaqədar qəbul edilib.

Hakim Məhəmməd Mahir Əbdül-İnein deyib ki, saqqal xidmətdə olan şəxsin fəaliyyəti qadağan edilmiş siyasi və terror təşkilatına aid olduğunu göstərə bilər.

Xatırladaq ki, Misirdə "Müsəlman qardaşlar" təşkilatının lideri Məhəmməd Mursi hakimiyyətə keçəndən sonra 2012-ci ildə yüzlərlə polis saqqal saxlamağa başlamışdı.

Geri qayıt