8 aylıq yağış norması 3 gün ərzində yağacaq -XƏBƏRDARLIQ

Sürəti saatda 150 km-yə çatan dağıdıcı “Florens” qasırğası ABŞ-ın Şimali Karolina ştatına çatıb.
ONN media xəbər verir ki, qasırğa ilə birgə gələn şiddətli leysan nəticəsində Nyu Bern şəhərində 150 insan köməksiz vəziyyətdə qalıb.
Bundan əlavə, 500 min insanın da işıqsız qaldığı deyilib.
Məlumata görə, 26 mindən çox insan müvəqqəti sığınacaqlara yerləşdirilib.
Bildirilib ki, 8 aylıq yağış normasının 2-3 gün ərzində Şimali Karolinaya yağması gözlənilir.