Bu ölkə ABŞ-dan maye qaz idxal etməyəcək

Bu ölkə ABŞ-dan maye qaz idxal etməyəcək


ONN media xəbər verir ki, Almaniya ABŞ-dan maye qaz idxal etməyəcək. 

Almaniyanın "Handelsblatt" nəşri bu barədə yazır ki, ölkədə bunun üçün lazımi infrastruktur yoxdur.

Bununla yanaşı, 2050-ci ilədək Almaniya karbon enerji daşıyıcılarından istifadəni dayandırmaq niyyətindədir.

Sözügedən nəşr həmçinin yazır ki, hazırda Almaniya enerji istehlakı məsələsində hər hansı tək bir ölkədən asılı deyil və enerji daşıyıcılarının idxalı geniş şaxələndirilir.

Geri qayıt