Poroşenko dostluq barədə sazişi ləğv etdi

Poroşenko dostluq barədə sazişi ləğv etdi


Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq barədə sazişin dayandırılması ilə bağlı sərəncam imzalayıb. 

ONN media Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Ukrayna prezident administrasiyasının saytında məlumat yerləşdirilib. 

Sərəncamla 1997-ci il mayın 31-də imzalanmış Ukrayna və Rusiya arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq haqqında saziş ləğv edilir. 

Sentyabrın 30-dək Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı Moskvaya nota təqdim edəcək, prezident isə qanun layihəsini parlamentə göndərəcək. 

Geri qayıt