Sel fəlakəti 100 -dən çox can aldı

Nigeriyada iki həftədir davam edən aramsız leysan yağışlarından sonra iki çay daşıb.
ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, Niger və Benue çaylarının daşmasından sonra yaranan seldə 100-dən çox insan ölüb.
11 əyalətdə ciddi fəsadlar yaranıb. Minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Yağışların növbəti günlərdə şiddətini daha da artıracağı, insanların müvəqqəti olaraq təhlükəli bölgələrdən uzaqlaşmaları barədə xəbərdarlıq verilib.
Qeyd edək ki, Nigeriyada çay bəndlərinin möhkəm olmaması və drenaj sistemlərinin düzgün nizamlanmaması nəticəsində buna bənzər hadisələr hər il baş verir.