Rus-türk sazişi - Bu tarixə kimi...

Rusiya və Türkiyə arasında imzalanmış memoranduma görə, oktyabr ayının 10-na kimi İdlib deeslakasiya zonasından ağır hərbi texnikalar çıxarılmalıdır.
ONN media axar.az -a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
“15 oktyabra kimi bölgədə bütün radikal qruplar geri çəkilməlidir. Radikal qruplar dedikdə, İŞİD, Nüsrə Cəbhəsi və BMT-nin terrorçu qruplar siyahısında yer alan birləşmələr nəzərdə tutulur”, - deyə nazir bildirib.