Yaponlar yay vaxtına keçidin əleyhinədir

Yaponlar yay vaxtına keçidin əleyhinədir


ONN media xəbər verir ki, HK yayım şirkəti tərəfindən aparılan sorğuda respondentlərin təqribən yarısı Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı yay vaxtına keçidin əleyhinə olduqlarını bildiriblər.

Oyunların təşkili ilə məşğul olan məmurların bir hissəsi yarışlar zamanı yay vaxtının tətbiq olunması təklifi ilə çıxış ediblər. Onların fikrincə bu, idmançıların dözülməz istinin öhdəsindən gəlmələrinə yardım edə bilər.

Sorğu üç gün davam edib. Respondentlərin 27 faizi bu təşəbbüsün lehinə, 43 faizi əleyhinə olub, 22 faizi isə cavab verməkdə çətinlik çəkib.

Geri qayıt