SON DƏQİQƏ: Hərbi təyyarə qəzaya uğradı

Təlim uçuşunda olan MİG-31 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
ONN media xarici mediaya istinadən xəbər verir ki, Rus MİG-31 tipli döyüş təyyarəsi Rusiyanın Nizhny Novqorod kəndinə düşüb.Təyyarədə olan iki pilotun etibarlı şəkildə xilas olduqları bildirilir.
Təyyarə qalxdıqdan qısa bir müddət sonra, hava bazasından yalnız 17 km uzaqlaşdıqdan sonra qəza baş verib. Hərbi təyyarə düşməzdən əvvəl yanmağa başladığı qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi texniki bir qəza səbəbi ilə hadisənin baş verdiyini bildirib.
Hal-hazırda təyyarənin düşdüyü sahədə araşdırma aparılır.
Səidə